UEFA Avropa Liqasının H qrupunda mübarizə aparan “Qarabağ” 5-ci turda Norveçə yollanıb. Komanda bu ölkənin çempionu “Mölde” ilə üz-üzə gələcək. Bakıda keçirilən qarşılaşmada rəqibini minimal hesabla məğlub edən Ağdam klubu eyni nəticəni səfərdə də əldə etmək niyyətindədir. Hazırda bu komandalar H qrupunda 6 xalla 2-ci, 3-cü pillələri bölüşürlər. Qurban Qurbanovun yetirmələri qalib gələcəyi halda UEFA Avropa Liqasının play-off mərhələsinə vəsiqəni təmin etmiş olacaq.
Qeyd edək ki, “Mölde” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə gecə yarısı başlanacaq. Görüşü Erik Lambrextsin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.